

Hekayəmizin başlanğıcı
study diaries necə başlandı?
Xaricdə təhsil yolum Azərbaycandan Türkiyəyə - bakalavr təhsili almağa getməyimlə başladı, daha sonra isə magistr təhsili üçün Litvaya üz tutdum. Bu yol boyunca öyrəndiyim ən vacib şeylərdən biri o oldu ki, xaricdə təhsil almağın reallığı yola çıxmazdan əvvəl təsəvvür etdiyimizdən fərqli olur.
Bu təcrübənin bir hissəsi də xaricdə təhsil üzrə fəaliyyət göstərən bir şirkətlə yaşadığım xoşagəlməz təcrübə idi. Zaman keçdikcə digər tələbələrdən də buna bənzər hekayələr eşitdim. Bütün bunlar mənə göstərdi ki, insan həyatında bu qədər önəmli bir qərar verərkən aydın, dürüst və etibarlı məlumat tapmaq heç də asan deyil.
Study Diaries – i qurduğumun səbəbi də məhz bu oldu.
Xaricdə təhsilin çox vaxt danışılmayan tərəflərini paylaşmaq istədim qeyri-müəyyənliyi, edilən səhvləri, öyrənilən dərsləri və kaş əvvəldən biləydim dediyim məqamları. Məqsədim tələbələrə hansı yolu seçməli olduqlarını demək deyil. Sadəcə, öz seçimlərini etməzdən əvvəl qarşılarında nə olduğunu daha aydın görmələrinə kömək etməkdir.
Study Diaries mənim şəxsi hekayəmdən yarandı, amma məqsəd onun zamanla bir çox tələbənin hekayəsinin yer aldığı bir platformaya çevrilməsidir – səmimi, olduğu kimi xaricdə təhsil yolunda ilk addımlarını atanlar üçün həqiqətən faydalı hekayələrin.
